“Turan Tovuz” Azərbaycan Premyer Liqası 29-cu turu çərçivəsində “Sabah”la görüşə ciddi itkilərlə çıxacaq.
İdmanxeber.az-a verilən məlumata görə, Tovuz klubunda hücumçu Luis Paçu cəza səbəbindən bu matçı buraxacaq. Onunla yanaşı, zədəli Ayxan Quseynov, Fərid Yusifli və Veysəl Rzayev də “Sabah”a qarşı forma geyinə bilməyəcək.
Xatırladaq ki, “Turan Tovuz” – “Sabah” oyunu sabah saat 16:00-da start götürəcək.

