“Liverpul” Federiko Valverdeni transfer etmək istəyir.
İdmanxeber.az məlumat verir ki, “Real” uruqvaylı yarımmüdafiəçini satmağı düşünmür.
Valverde 2018-ci ildən “kral klubu”nda çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 42 oyunda 1 qol vurub və 8 məhsuldar ötürmə edib.
Transfermarkt portalına görə 25 yaşlı oyunçunun transfer dəyəri 100 milyon avrodur.

