20 Sentyabr 2024
Dünya futbolu

“Mançester Siti” ərəblərin təklifini rədd etdi

“Mançester Siti” “Əl Nəsr”in qapıçı Edersonla bağlı təklifini rədd edib.

İdmanxeber.az-ın məlumatına görə, Səudiyyə klubu 30 yaşlı braziliyalı üçün 25 milyon təklif etsə də, “şəhərlilər”bun ikiqatını istəyir. Hələlik təərflər arasında danışıqlar davam edir.

Ederson 2017-ci ildən “Mançester Siti”də çıxış edir. O, komandanın heyətində 332 oyun keçirib, 257 qol buraxıb və 155 matçda qapısını toxunulmaz saxlayıb. Futbolçunun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43