“Real” 33 yaşlı ispaniyalı müdafiəçi Lukas Vaskeslə müqavilə uzadıb.
İdmanxeber.az-ın məlumatına görə, oyunçu ilə 2025-ci ilə qədər nəzərdə tutulan sözləşmə imzalanıb. Vaskes “Real”ın heyətində bütün yarışlarda 349 oyuna çıxıb, 28 qol vurub və 51 məhsuldar ötürmə verib.
O, “kral klubu”nun heyətində dördqat İspaniya çempionu, ölkə kubokunun qalibi, üç dəfə ölkə Superkubokunun qalibi və beş dəfə Çempionlar Liqasının qalibi olub.