31 Oktyabr 2024
Dünya futbolu

“Real”ın oyunu təxirə salına bilər – şəhərdə matəm elan edildi

İspaniya La Liqasının 12-ci turu çərçivəsində keçiriləcək “Valensiya” – “Real” matçı təxirə salına bilər. 

İdmanxeber.az-ın məlumatına görə, Valensiya şəhərində baş verən qasırğa matçın oynanılmasına ciddi şəkildə problem yaradır. Çünki təbii fəlakət  onlarla insanın ölməsinə səbəb olub. Şəhərdə matəm elan edilib.

Qeyd edək ki, Valensiya” – “Real” qarşılaşması isə 2 noyabr tarixində keçirilməlidir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43