Almaniya kubokunun 1/16 finaın oyunları davam edir.
İdmanxeber.az-ın məlumatına görə, sözügedən ölkənin “Nürnberq” klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli kubok matçında da qol vurmağı bacarıb.
“Hoffenhaym”la oyunda Mahir ardıcıl 3-cü oyunda da qol vurmuş olub.
Start heyətdə meydana çıxan futbolçumuz matçın 48-ci dəqiqəsində ev sahibi komandanı məyus edərək hesabı bərabərləşdirib 1:1.
Lakin “Hoffenhaym” daha bir qol vuraraq mərhələ adlayan tərəf olub.