Türkiyə Super Liqası təmsilçisi “Alanyaspor”un yeni baş məşqçisi müəyyənləşib.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik Sami Uğurlu ilə razılığa gəlib. Tərəflər arasındakı danışıqlar müsbət nəticələnib.
Sami Uğurlu son olaraq “Kasımpaşa” komandasına rəhbərlik edib.
Xatırladaq ki, Konya klubu bu yaxınlarda baş məşqçi Fatih Tekke ilə yollarını ayırıb.