Ukraynalı futbolçu Mixail Mudrik yanvarda “Çelsi”ni tərk edə bilər.
İdmanxeber.az-ın məlumatına görə, London klubu yarımmüdafiəçini buraxmağa hazırdı. Mudrikin xidmətində “Aston Villa” və “Vest Hem” maraqlıdır.
“Çelsi” rəhbərliyi Mudrik üçün 35 milyon avro qiymət qoyub. Futbolçu cari mövsüm 16 matçda iştirak edib, 3 qol vurub və 4 məhsuldar ötürmə verib.