“Barselona”ın baş məşqçisi Hans Flik komandanın hücumçusu Robert Levandovskidən narazıdı.
İdmanxeber.az-ın məlumatına görə, polşalının çıxışı ürəkaçan deyil. O, son oyunlarda ələ düşən imkanlardan istifadə edə bilmir.
Bu səbəbdən də rəhbərlik heyətə hücumçu cəlb edə bilər. Əgər Levandovski qarşıkadı oyunlarda özünü doğrul tmasa, onunla yollar ayrılacaq.
Futbolçu cari mövsümdə “Barselona”nın heyətində 24 matçda iştirak edib, 23 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun İspaniya klubu ilə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq