Karlos Korberan “Valensiya”nın yeni baş məşqçisi olub.
İdmanxeber.az-ın məlumatına görə, 41 yaşlı ispaniyalı mütəxəssislə müqavilə 2027-ci ilə qədərdir. “Yarasalar” rəhbərliyi dekabrın 23-də “Valensiya” baş məşqçi Ruben Baraxa ilə əməkdaşlığa son qoyduğunu açıqlayıb.
Bu qərar komandanın cari mövsümdə qazandığı uğursuz nəticələr fonunda verilib.
“Valensiya” 17 oyundan 12 xalla İspaniya çempionatının turnir cədvəlində sonuncudan əvvəlki pillədə – 19-cu yerdədir.