ABŞ-ın “İnter Mayami” komandası futbolçusu Lionel Messi ilə müqaviləni uzadacaq.
İdmanxeber.az-ın məlumatına görə, tərəflər yeni müqavilə ilə bağlı razılıq əldə ediblər. 37 yaşlı argentinalı futbolçu 2026-cı ildə keçiriləcək dünya çempionatında oynamaq üçün sözləşməni yeniləmək qərarına gəlib.
Yeni müqavilədə Lionel Messinin mövsümlərarası fasilədə Avropa klubuna icarəyə verilə bilməsi ilə bağlı bənd də olacaq.