“Barselona” futbolçusu Ronald Arauxonu buraxmaq fikrində deyil.
İdmanxeber.az-ın məlumatına görə, İtaliyanın “Yuventus” komandası uruqvaylı müdafiəçiyə təklif göndərsə də, müsbət cavab almayıb.
Kataloniya təmsilçisi R.Arauxonu 70 milyon avrodan aşağı qiymətə satmayacaq.
Qeyd edək ki, Uruqvay millisinin üzvü zədə səbəbindən bu mövsüm heç bir oyunda meydana çıxmayıb.