“Əl Hilal”ın futbolçusu Neymar karyerasını Amerikada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, oyunçuya MLS təmsilçisi “Çikaqo Fayr”dan təklif var. Klub rəhbərliyi Neymara yeni sözləşmə təklif etməyə hazırlaşır.
Xatırladaq ki, braziliyalı oyunçu “Əl Hilal”da illik 100 milyon avro qazanır. Amerika təmsilçisinin isə ona illik 70 milyon önərdiyi bildirilir.