23 Yanvar 2025
Ölkə futbolu

“Sabah”ın legioneri U-13 komandası ilə görüşdü – FOTOLAR

“Sabah”ın müdafiəçisi Con İrasabal “Sabah” Futbol Akademiyasının qızlardan ibarət U-13 komandası ilə görüşüb.

İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı futbolçu komandanın üzvləri ilə görüşdə onlara öz məsləhətlərini verib, azyaşlı futbolçular üçün maraqlı olan sualları cavablandırıb. Daha sonra U-13 komandasına hədiyyələr təqdim edilib.

Qeyd edək ki, “Sabah”ın qızlardan ibarət U-13 komandası bu mövsümdə ilk dəfə çempionatda iştirak edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43