“Milan” klubu iki yeni futbolçunun transferini rəsmən açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, Rikkardo Sottili “Fiorentina”dan mövsümün sonuna qədər satın alma hüququ ilə icarəyə götürülüb. Həmçinin “Montsa”nın mərkəz yarımmüdafiəçisi Varren Bondonla da 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.
“Transfermarkt” portalının məlumatına görə, “rossonerilər” 21 yaşlı fransızın transferi üçün qarşı tərəfə 10 milyon avro ödəyib.