İngiltərə Kubokunun yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
İdmanxeber.az-ın məliumatına görə, “Liverpul” doğma meydanda “Tottenhem”i qəbul edib. İlk matçda səfərdə rəqibinə məğlub olan “qırmızılar” cavab görüşündə bunun əvəzini çıxa bilib – 4:0.
Bu nəticənin ardından “Liverpul” finala vəsiqə qazanaraq “Nyukasl” klubuna rəqib olub.