28 Fevral 2025
Dünya futbolu

Kazemiro “Mançester Yunayted”dən getmək istəmir

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro komandadan ayrılmaq istəmir.

İdmanxeber.az-ın məlumatına görə, 33 yaşlı futbolçu rəhbərliyin satış siyahısındadı. Ancaq braziliyalı klubdakı mövqeyindən məmnundu.

Futbolçu “Mançester Yunayted”də həftədə 350 min funt-sterlinq (420 min avrodan çox) qazanır. Çox güman ki, braziliyalı yarımmüdafiəçi hazırkı müqaviləsinin sonuna qədər (2026-cı ilin ortalarına kimi) “qırmızı şeytanlar”da qalacaq

O, 2022-ci ilin avqustunda “Real”dan “Mançester Yunayted”ə keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43