08 İyul 2026
Ölkə futbolu

Millimiz Albaniyaya böyük hesabla uduzdu

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının II seçmə mərhələsinin ilk oyununda Albaniyaya məğlub olub.

İdmanxeber.az-ın məlumatına görə, B Liqasının VI qrupunda yer alan yığma rəqibinə 1:4 hesabı ilə uduzub.

Matç Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunub.

Qeyd edək ki, qrupun bütün oyunları Albaniyada keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43