04 İyun 2026
Ölkə futbolu

Nümunəvi futbolçulara “Fair-Play” Fəxri Fərmanları təqdim olundu – FOTOLAR

Bu gün AFFA U-10 və U-12 liqasının Qərb zonası üzrə yarışları başa çatıb.

İdmanxeber.az-ın məlumatına görə, Qərb Regional Futbol Federasiyası tərəfindən sözügedən liqalarda nümunəvi davranışları ilə seçilən futbolçulara “Fair-Play” Fəxri Fərmanları təqdim olunub.

Tovuz Olimpiya İdman Kompleksində keçirilən tədbirdə liqalar üzrə məşqçilər tərəfindən seçilmiş futbolçulara Fəxri Fərmanları QRFF-nin koordinatoru Rasim Əliyev, AFFA Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin Qərb zonası üzrə nümayəndəsi Vüsal Qocayev, məşqçilər və valideynlər təqdim ediblər.

Fərqlənən futbolçuların siyahısı belədir:

U-10 Liqa
1. Yusif Comərdov, “Ağstafa Gəncləri”
2. Rəhim Abbaszadə, “Şəmkir”
3. Hüseyn Namazov, “Yasamal” (Şəmkir)
4. Zahid Əliyev, “Avey” (Ağstafa)
5. Mənsur Budaqov, “Qazax-Siti”
6. Mirnihat Əliyev, “Gülül” (Ağstafa)
7. Ricay Məmmədzadə, “ Turan Tovuz”
8. Arda Əhmədov, “ Hünər” (Tovuz)
9. Tunar Əliyev, “Olimpiya” (Tovuz)

U-12 Liqa
1. Arif Məsmalıyev, “Ağstafa Gəncləri”
2. Uğur Məmmədov, “Şəmkir”
3. Həsən Atayev, “Yasamal” (Şəmkir)
4. Məqsəd Bayramov, “Avey” (Ağstafa)
5. Cəfər Həsənli, “Qazax-Siti”
6. İbrahim Əlizadə, “Gülül” (Ağstafa)
7.Süleyman Əsgərzadə, “Turan Tovuz”
8. Hüseyn Həsənli, “Hünər” (Tovuz)
9. Hüseyn Əliyev, “Olimpiya” (Tovuz)
10. Ümid Qasımov, “Qazax Gənclər”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43