11 İyun 2026
Ölkə futbolu

AFFA klub prezidentinin şikayətini təmin etmədi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Hypers Guba” klubunun prezidenti Ayaz Abdullayevlə bağlı şikayəti təmin etməyib.

İdmanxeber.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, AFFA İntizam Komitəsinin aprelin 1-də verdiyi qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, Ayaz Abdullayev XIX turda “Ağdaş”la keçirilən matç bitdikdən sonra hakimi təhqir edib. Klub rəsmisi 3-ü şərti olmaqla 5 oyunluq cəzalanıb, II Liqa təmsilçisi isə 400 manat cərimə olunub. A.Abdullayevə 3 ay sınaq müddəti təyin edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43