“Liverpul”un futbolçusun Kodi Qakpo “Bavariya”ya keçə bilər.
İdmanxeber.az-ın məlumatına görə, Münhen təmsilçisi futbolçunu heyətinə qatmaqda israrlıdır. Bunun üçün tərəflər yayda danışıqlara başlayacaq.
Qakpo Münhen klubunda oynamağa qarşı deyil. “Liverpul”un isə uyğun təklif olacağı halda oyunçunu buraxacağı bildirilir.
Premyer Liqanın ötən mövsümündə 26 yaşlı Qakpo 35 oyun keçirib, 10 qol və 4 asistlə yadda qalıb.

