04 İyun 2026
Dünya futbolu

“Arsenal” isveçli hücumçudan vaz keçir?

“Arsenal” “Sportinq”in hücumçusu Viktor Qyokereşin transferindən vaz keçə bilər.

İdmanxeber.az-ın məlumatına görə, London təmsilçisi portuqaliyalılarla ortaq məxrəcə gələ bilmir. Buja səbəb maliyyə şərtləridir.

“Arsenal” isveçli futbolçu üçün 65 milyon avro və əlavə bonuslar təklif etsə də, “Sportinq” daha yüksək məbləğ tələb edir.

Qyokereş son mövsümdə Portuqaliya çempionatında 33 oyun keçirib, 39 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43