04 İyun 2026
Dünya futbolu

Premyer Liqa klubundan yeni transfer

“Brentford” klubunun yarımmüdafiəçisi Kristian Nerqor “Arsenal”ın oyunçusuna çevrilib.

İdmanxeber.az-ın məlumatına görə, 31 yaşlı danimarkalı “topçular”da 16 nömrəli forma ilə çıxış edəcək.

Nerqor 2019-cu ildən “Brentford”da çıxış edir. O, 196 oyun keçirib, 13 qol vurub və 18 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı yarımmüdafiəçinin bazar dəyərini 11 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43