11 İyun 2026
Dünya futbolu

“Arsenal” və “Barselona” onu istəyir

“Nottingem Forest”in futbolçusu Murillo Avropanın nəhəng klublarının maraq dairəsinə düşüb.

İdmanxeber.az xəbər verir ki, “Arsenal” və “Barselona” braziliyalı müdafiəçini heyətlərinə qatmaq istəyirlər. Onun mümkün transferinin 2026-cı ildə gerçəkləşəcəyi gözlənilir.

23 yaşlı oyunçu bu mövsüm İngiltərə Premyer Liqasında 3 matçda meydana çıxıb. Murillo həmçinin mart ayında Braziliya millisində debüt edib.

Gənc müdafiəçi ilə “Nottingem Forest”in müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43