25 İyun 2026
Ölkə futbolu

Tovuz şəhər stadionunda işlər yekunlaşır – VİDEO

Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi işləri yekunlaşmaq üzrədir.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, drenaj və suvarma sistemi quraşdırılan meydançaya toxum əkilib.

Toxumların əkilməsi xüsusi texnikalarla həyata keçirilib və bu gün yekunlaşıb. Təbii ot örtüyünün oktyabr ayının sonunadək komandanın ixtiyarına verilməsi nəzərdə tutulub.

 

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43