05 İyun 2026
Ölkə futbolu

“Karvan-Yevlax” – “Sabah” oyununda ciddi zədə: Mikels xəstəxanaya aparıldı

Misli Premyer Liqasının 7-ci turunda keçirilən “Karvan-Yevlax” – “Sabah” oyununda xoşagəlməz hadisə yaşanıb.

Matçın son dəqiqələrində “Sabah”ın hücumçusu Con-Ley Mikels ağır zədə alaraq meydanda qalıb.

Epizod “Karvan-Yevlax”ın qapıçısı Kamran İbrahimovla toqquşmadan sonra baş verib. Almaniyalı futbolçu yerə yıxıldıqdan sonra tibbi personal dərhal müdaxilə edib.

İlkin yardım göstərildikdən sonra Mikels təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43