05 İyun 2026
Dünya futbolu

“Real Madrid” Rodriqo Mendozanı transfer etmək istəyir

“Real Madrid” “Elçe”nin gənc futbolçusu Rodriqo Mendozanı heyətinə qatmaq üçün hərəkətə keçib.

İdmanxeber.az xəbər verir ki, Madrid klubunun baş məşqçisi Xabi Alonso 20 yaşlı ispaniyalı yarımmüdafiəçini komandasında görmək istəyir.

Qeyd edək ki, Mendozanın bazar dəyəri “Transfermarkt” portalının məlumatına görə, 9 milyon avro təşkil edir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43