19 İyun 2026
Ölkə futbolu

Çempionlar Liqası: “Qarabağ” “Atletik”ə məğlub oldu – YENİLƏNİB

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda daha 9 oyun keçiriləcək.

İdmanxeber.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ da bu gün meydana çıxıb.

Qurban Qurbanovun komandası İspaniya səfərində “Atletik”lə üz-üzə gəlib. Görüş ev sahibinin qələbəsilə başa çatıb – 3:1.

“San Mames” stadionunda keçirilən oyunu Xorvatiyadan olan hakimlər briqadası idarə edib.

“Qarabağ” bundan əvvəl keçirdiyi hər iki görüşdə qalib gəlib, “Atletik” isə hələ ki, xal qazanmamışdı.

22 oktyabr

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, III tur

20:45. “Atletik” – “Qarabağ” 3:1
Baş hakim:
 İqor Payaç (Xorvatiya)

“San Mames” stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43