13 İyul 2026
Ölkə futbolu

“Mingəçevir”dən darmadağın

Azərbaycan I Liqasında XIII tura yekun vurulub.

İdmanxeber.az xəbər verir ki, bu gün Şamaxıda turun son qarşılaşması baş tutub. “Mingəçevir” aşkar autsayder “Şimal”ı sınağa çəkib. Ramiz Məmmədovun baş məşqçisi olduğu komanda nominal meydan sahibləri ilə qarşılaşmada 3 xalı 3 qolla qazanıb.

Həftəiçi keçirilən oyunlarında bu nəticələr qeydə alınıb: “Cəbrayıl” – MOİK 2:2, “Şəfa” – “Baku Sportinq” 1:1, “Zaqatala” – “Səbail” 0:1, “Şahdağ Qusar” – “Difai” 4:0.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43