04 İyun 2026
Dünya futbolu

“Mançester Siti” 100 milyonçuq transferə hazırlaşır

“Mançester Siti” yay transfer dönəmində heyətini gücləndirməyə davam edir.

İdmanxeber.az-ın məlumatına görə, “şəhərlilər” Morgan Rogers transferi ilə maraqlanır. Hazırda “Aston Villa” formasını geyinən 23 yaşlı yarımmüdafiəçi vaxtilə klubun akademiyasında çıxış edib.

Futbolçu ilə “Arsenal”, “Çelsi”, “Bavariya” və PSJ də maraqlanır. “Aston Villa”nın isə oyunçunu 100 milyon funt-sterlinqə yaxın məbləğdən aşağı satmaq niyyətində olmadığı bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43