“Bu mərhələ başa çatarkən, hər şeyə görə “Qarabağ”a təşəkkür etmək istəyirəm”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”dan ayrılan Emanuel Addai sosial şəbəkə hesabından yazıb. O, daha sonra bunları qeyd edib:
“Azarkeşlərə, personala, məşqçilərə və komanda yoldaşlarıma dəstək, xatirələr və həmişə özümlə daşıyacağım təcrübələr üçün minnətdaram. Bu klubun bir hissəsi olmaq bir imtiyaz idi və burada keçirdiyim vaxta görə həmişə minnətdar olacam.”

