04 İyun 2026
Dünya futbolu

“Mançester Siti” məhkəməyə müraciət edə bilər – Haaland üçün

“Mançester Siti” norveçli hücumçusu Erlinq Haalandla bağlı yayılan xəbərlərə görə hüquqi addım atmağa hazırlaşır.

İdmanxeber.az-ın məlumatına görə, klubun mətbuat xidmətindən bildirilib ki, İspaniya mediasında yer alan məlumatlar həqiqəti əks etdirmir və futbolçunun transferi ilə bağlı hər hansı razılaşma və ya müqavilə bəndi mövcud deyil.

“Haalandın başqa kluba keçidi ilə bağlı yayılan xəbərlər tamamilə yalandır. Bunun baş verməsi üçün heç bir imkan yoxdur. Oyunçumuzun görüntüsündən qəsdən istifadə edildiyi üçün məhkəməyə müraciət etməyi nəzərdən keçiririk”.

Qalmaqala səbəb olan hadisə Madrid “Real”ının prezidentliyinə namizəd Enrike Rikelmenin açıqlamasından sonra yaşanıb.

O, “El Hormiguero” verilişində futbolçunun transferini həyata keçirəcəyinə söz verib, hətta futbolçunun adının yazıldığı forma və seçki vədləri ilə bağlı notarial qaydada təsdiqlənmiş sənəd nümayiş etdirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43