“Trabzonspor”un futbolçusu Aleksandr Zubkov karyerasını Yunanıstanda davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı ukraynalı vinger AEK-ə transfer olunub. Türkiyə klubu bu keçiddən 4 milyon avro gəlir əldə edəcək.
Razılaşmaya əsasən, Zubkov gələcəkdə başqa kluba satılarsa, transfer məbləğinin 10 faizi də “Trabzonspor”a ödəniləcək.

