04 İyun 2026
Ölkə futbolu

SON DƏQİQƏ! “Qarabağ” 500 min avroya futbolçu transfer edir

“Qarabağ” heyətini yeni qapıçı ilə gücləndirməyə yaxındır.

İdmanxeber.az-a verilən məlumata görə, Ağdam təmsilçisi Xorvatiyanın “Riyeka” klubunun kapitanı Martin Zlomisliçin transferini demək olar ki, yekunlaşdırıb.

Bosniya və Herseqovina millisinin üzvü olan qolkiperin keçidi ilə bağlı tərəflər arasında əsas razılıq əldə olunub. Transferin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.

Bildirilir ki, bu keçiddən “Riyeka” təxminən 500 min avro gəlir əldə edəcək.

27 yaşılı qapıçı komandası ilə bütün turnirlərdə  keçirdiyi 53 oyunda 58 qol buraxıb, 19 görüşdə qapısını toxunulmaz saxlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43