“Arsenal” “Aston Villa”nın yarımmüdafiəçisi Morqan Rocersi transfer etmək niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, London təmsilçisi 23 yaşlı futbolçunu hücum xəttini gücləndirmək üçün ideal namizəd hesab edir. Lakin Birmingem klubu aparıcı oyunçusunu satmaq istəmir.
Buna baxmayaraq, “Arsenal”ın yay ərzində yeni təklif hazırlayacağı gözlənilir. Rocers ötən mövsüm göstərdiyi oyunla bir çox Avropa klubunun diqqətini çəkib.
Onun xidmətində PSJ-nin də maraqlı olduğu bildirilir. Transferin baş tutub-tutmayacağı yaxın həftələrdə bəlli

