“Mançester Siti” “Yuventus”un futbolçusu Andrea Kambiasonu transfer etmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, İngiltərə çempionu müdafiə xəttini gücləndirmək üçün italiyalı oyunçunu əsas hədəflərdən biri seçib.
Məlumata görə, “Çelsi” də futbolçunun vəziyyətini yaxından izləyir. “Yuventus” maliyyə balansını qorumaq üçün bəzi futbolçularını satmağa hazırdır.
Kambiaso ötən mövsüm sabit çıxışı ilə diqqət çəkib. Turin klubunun yüksək məbləğ tələb edəcəyi gözlənilir.
Yay transfer pəncərəsində bu keçidin reallaşma ehtimalı yüksək qiymətləndirilir.

