04 İyun 2026
Dünya futbolu

Portuqaliyalı seçim qarşısında – “Milan”, yoxsa Premyer Liqa?

“Milan”ın hücumçusu Rafael Leao yay transfer pəncərəsinin ən çox müzakirə olunan futbolçularından biridir.

İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı oyunçunun karyerasında yeni səhifə açmaq istədiyi bildirilir. Onun xidmətində “Mançester Yunayted”, “Arsenal”, “Çelsi”, “Liverpul”, “Tottenhem” və “Nyukasl” maraqlıdır. İngiltərə klubları artıq vəziyyəti diqqətlə izləyir.

“Milan” isə aparıcı oyunçusunu itirmək istəmir. Buna baxmayaraq, sərfəli təklif gələcəyi halda transferə razılıq verilə bilər.

Leao ilə bağlı qərarın yaxın həftələrdə veriləcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43