04 İyun 2026
Dünya futbolu

“Liverpul”un istədiyi futbolçu qərarsızdı

“Liverpul” Almaniyanın “Leyptsiq” klubunda çıxış edən Yan Diomande ilə maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, Mersisayd təmsilçisi gənc futbolçunu gələcəyin ulduzlarından biri hesab edir. PSJ də onun transferi uğrunda mübarizə aparan klublar arasındadır.

Buna baxmayaraq, “Leyptsiq” rəhbərliyi futbolçunu satmaq niyyətində deyil. Almaniya klubu yeni müqavilə təklif etməyə hazırlaşır.

Diomandenin özü isə hələlik gələcəyi ilə bağlı qərar verməyib. Transfer mövzusu yay boyunca gündəmdə qala bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43