04 İyun 2026
Ölkə futbolu

Yankoviç də gedir? – Futbolçudan açıqlama 

“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç gələcəyi ilə bağlı yayılan transfer xəbərlərinə münasibət bildirib.

İdmanxeber.az-ın məlumatına görə, Monteneqro millisinin üzvü hazırda diqqətini milli komandaya yönəltdiyini və klubdakı vəziyyətində hər hansı dəyişiklik olmadığını deyib:

“Karyeramla bağlı hələlik heç bir yenilik yoxdur. “Qarabağ”la daha bir illik müqaviləm var və hazırda bu komandanın futbolçusuyam. Ola bilsin ki, transfer bazarında nələrsə baş versin, amma bu barədə düşünmürəm. Bütün diqqətimi Slovakiyaya qarşı keçirəcəyimiz yoldaşlıq oyununa yönəltmişəm. Daha sonra isə məzuniyyətə çıxacağam. Qalan məsələlərin necə olacağını zaman göstərəcək”.

Qeyd edək ki, son günlər təcrübəli yarımmüdafiəçinin yay transfer pəncərəsində “Qarabağ”dan ayrıla biləcəyi ilə bağlı iddialar var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43