15 İyun 2026
Dünya futbolu

“Real” İspaniya millisinin üzvünü transfer etdi

“Çelsi”nin müdafiəçisi Mark Kukurelya karyerasının ölkəsində davam etdirəcək.

İdmanxeber.az xəbər verir ki, “Real” ispaniyalı futbolçunu transfer edib. Bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.

La Liqa nəhəngi Kukurelya üçün İngiltərə klubuna 55+5 milyon avro təzminat ödəyəcək. 27 yaşlı sol cinah müdafiəçisi “Real”la 2032-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, “Çelsi” Mark Kukurelyanı 2022-ci ilin yayında “Brayton”dan 65 milyon avroya transfer etmişdi.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43