“Sabah” Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində Rumıniyanın “Universitatya” (Krayova) klubu ilə yoldaşlıq oyunu keçirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, görüşün iyunun 24-də baş tutması planlaşdırılır.
Lakin hər iki komanda Konfrans Liqasının I təsnifat mərhələsində potensial rəqib olduğundan, püşk onları üz-üzə gətirəcəyi təqdirdə matç ləğv ediləcək.
Qeyd edək ki, “Sabah” iyunun 17-də Avstriyada hazırlıqlara başlayacaq, I təsnifat mərhələsinin püşkatması isə sabah keçiriləcək.

