19 İyun 2026
Ölkə futbolu

“Turan Tovuz” millimizin futbolçusuna müqavilə təklif edib – Həm cavab gözləyir, həm hücumçu axtarır

“Turan Tovuz” növbəti mövsüm üçün transfer çalışmalarına start verib.

İdmanxeber.az-a verilən məlumata görə, bölgə təmsilçisi hücum xəttini gücləndirmək istəyir. Rəhbərlik ən qısa vaxtda komandaya hücumçu gətirmək istəyir. 

Klubla müqaviləsi başa çatan Ayxan Hüseynovla İbrahima Vadjinin durumu qeyri-müəyyəndir. Seneqallı futbolçunun komandadan ayrılacağı gözlənilir. 

Millimizin üzvünün isə başqa ölkələrdən təklifləri var. Onun “Turan Tovuz”da gələcəyi sual altındadır. Tovuz klubu Hüseynova yeni müqavilə təklif etsə də, hələlik konkret cavab ala bilməyib.

Bu səbəbdən də yay transfer dönəmində komandaya iki forvardın alınacağı gözlənilir. Yeni futbolçuların ikisinin də legioner olacağı bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43