Müdafiəçi İbrahima Konate karyerasını İspaniyada davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, Fransa millisinin üzvü rəsmi olaraq “Real”la müqavilə imzalayıb. 27 yaşlı futbolçu “Liverpul”dan ayrılaraq Madrid təmsilçisinə qoşulub.
Bildirilir ki, tərəflər 2030-cu ilin yayına qədər nəzərdə tutulan sözləşmə bağlayıblar. Konate son beş mövsümü İngiltərə klubunda keçirib və komandanın əsas müdafiəçilərindən biri olub.
Onun gedişi “Liverpul”un müdafiə xəttində ciddi boşluq yaradıb.

