“Neftçi” növbəti transferini reallaşdırmağa yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, Bakı təmsilçisi Yunanıstanın “Larisa” klubunda çıxış edən Lyubomir Tupta ilə razılığa gəlib. Slovakiya millisinin 28 yaşlı mərkəz hücumçusunun yaxın günlərdə Bakıya gələrək müqavilə imzalaması gözlənilir.
Hazırda Tuptanın “Larisa” ilə müqaviləsi 2027/28 mövsümünün sonuna qədər qüvvədədir. Buna baxmayaraq, tərəflər arasında aparılan danışıqların müsbət yekunlaşdığı bildirilir. “Ağ-qaralar”ın hücumçu ilə 2 illik müqavilə imzalayacağı gözlənilir.
Lyubomir Tupta Slovakiya millisinin formasında 21 oyuna çıxıb. O, ötən mövsüm 8 qol, 2 assistlə yadda qalıb.

