Azərbaycanın daha bir sərbəst güləşçisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.
İdmanxeber.az xəbər verir ki, son yarış günündə Yusif Dursunov heç bir rəqibinə şans verməyib.
125 kq çəkidə mübarizə aparan idmançımız finalda rusiyalı Soslan Qabuyevi məğlub edib – 4:3.
Digər finalçılarmız – Camal Abbasov (61 kq) və Nurlan Ağazadə (74 kq) həlledici görüşlərdə uduzaraq gümüş mükafatla kifayətlənib.
Məhəmməd Abbaszadə (86 kq) isə israilli üçüncü yeri tutub.
Xatırladaq ki, dünən sərbəst güləşçilərimizdən Hacı Kərimov (70 kq) Avropa çempionu adına yiyələnib.

