13 İyul 2026
Dünya futbolu

“Fənərbağça” Qrinvud transferini bitirməyə yaxındır

“Fənərbağça” yay transfer dönəmində ən səs-küylü keçidlərdən birini reallaşdırmağa hazırlaşır.

İdmanxeber.az xəbər verir ki, İstanbul təmsilçisi “Marsel”in hücumçusu Meyson Qrinvudu heyətinə qatmağa yaxındır. Məlumata görə, tərəflər 45 milyon avro məbləğində transfer haqqı barədə razılıq əldə ediblər.

İngiltərəli futbolçunun yaxın günlərdə 4 illik müqaviləyə imza atacağı gözlənilir. Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu son anda transferə müdaxilə etməyə çalışsa da, Qrinvudun seçimi “Fənərbağça” olub.

Rəsmi açıqlamanın qısa müddətdə veriləcəyi bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43