“Brayton” müdafiə xəttini gənc və perspektivli futbolçu ilə gücləndirmək üzrədir.
İdmanxeber.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Luka Vuşkoviçin transferi üçün razılıq əldə edib. Xorvatiyalı müdafiəçinin keçidi 53 milyon avro, bonuslarla birlikdə isə 58 milyon avroya başa gələcək.
19 yaşlı futbolçunun bazar ertəsi uzunmüddətli müqavilə imzalayacağı gözlənilir. Vuşkoviçin yeni komandası ilə 2031-ci ilədək müqavilə bağlayacağı bildirilir.

