“Neftçi” yeni mövsüm öncəsi azarkeşləri ilə görüş keçirəcək.
İdmanxeber.az xəbər verir ki, azarkeşlərin irəli sürdüyü təşəbbüs klub rəhbərliyi tərəfindən müsbət qarşılanıb və görüşün iyulun 18-də “Palms Sports Arena”da keçirilməsi qərara alınıb. Görüşün vaxtı komandanın məşq proqramına mane olmayacaq şəkildə müəyyənləşdirilib.
Tədbir çərçivəsində azarkeşlər yeni transferlərlə tanış olmaq, komandaya dəstək nümayiş etdirmək və yeni mövsüm öncəsi futbolçularla bir araya gəlmək imkanı əldə edəcəklər.
Bütün “Neftçi” azarkeşləri görüşdə iştirak etməyə dəvət edilib.

