“Liverpul” Aleksis Mak Allisterlə yeni müqavilə bağlamaq üçün danışıqlara başlayacaq.
İdmanxeber.az-ın məlumatına görə, son günlər yarımmüdafiəçinin gələcəyi ilə bağlı müxtəlif iddialar yayılsa da, Mersisayd təmsilçisi argentinalını komandada saxlamaqda qərarlıdır.
Klub rəhbərliyi dünya çempionunun maaşını artırmağa hazırdır. Yeni müqavilə ilə bağlı görüşün yaxın günlərdə keçiriləcəyi gözlənilir.
Mak Allister ötən mövsüm 49 oyunda 9 qol vurub, 12 məhsuldar ötürmə edib.

