Ölkə futbolu

Adrian Skarlatake: “Bəxt bizdən yan keçir”

"Biz qələbə üçün əlimizdən gələni hər şeyi edirik. Ancaq bəxt bizdən yan keçir. Son oyunlarda iki penalti qapımıza təyin edildi. Bunun da rolu az olmadı. Bundan əlavə həmin oyunlarda biz daha yaxşı çıxış etdik, alınmadı".

Bu sözləri idmanxeber.com-a açıqlamasında "Xəzər Lənkəran"ın müdafiəçisi Adrian Skarlatake deyib.

Rumıniyalı müdafiəçi qarşıdakı "Rəvan"la oyundan danışıb:

"Biz çempionatı ilk "üçlük"də bitirməliyik. Çətin olduğunu bilirik, ancaq yenə də əlimizdən gələni edəcəyik. "Rəvan"ın son iki turda 4 xal toplaması artıq onların toparlanması anlamına gəlir. Ancaq nə olur olsun bu oyunda 3 xal qazanmalıyıq ki, hədəflərimizə çata bilək".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43